Xəbər lenti
Reklam
ABŞ-dan TÜRK DÜNYASINA QARŞI XAİN ADDIM: Ərdoğanın etirazın heçə sayıb, milyonlarla dollar ayırdılar..

ABŞ Müdafiə Nazirliyinin may ayında Konqresə təqdim etdiyi müdafiə büdcəsini özündə əks etdirən qanun layihəsi Nümayəndələr Palatasında təsdiq edilib.
Büdcənin 177 milyon dolları YPG/PKK terror təşkilatının da daxil olduğu Suriyadakı hərbi məqsədlər üçün ayrılıb.
Qanun layihəsinə bir çox əlavələr edilsə də, Pentaqonun tələb etdiyi büdcəyə təxminən 25 milyard dollar əlavə edilməklə büdcənin həcminin 778 milyard dollara qaldırılması diqqət çəkib.
Qanun layihəsində İranın Çinlə əlaqələri, İraqdakı fəaliyyəti və hərbi gücü, eyni zamanda dəstəklədiyi terror qruplaşmaları ilə bağlı hesabat hazırlanması tələbi yer alıb.
Çinin Sakit okean bölgəsindəki ölkələrə, xüsusilə Tayvana qarşı davranışlarının araşdırılmasının tələb edildiyi layihədə, Pekinin Latın Amerikası və Karib hövzəsindəki fəaliyyətinin də diqqətdə saxlanılması məsələsi ehtiva olunub.
İraq və Suriyada İŞİD-lə mübarizədə təlim və dəstək xərcləri üçün 522 milyon dollar tələbi də qəbul edilib. Bu məbləğin 345 milyon dolları İraqda təlim və təchizat üçün, 177 milyon dolların isə YPG/PKK terror təşkilatı da daxil olmaqla Suriyada hərbi məqsədlər üçün ayrılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının son sammitində PKK/YPG terror təşkilatına verdiyi dəstəyə görə ABŞ-a etiraz etmişdi.\\Teleqraf.com

Tarix: 25 sentyabr 2021
Baxış: 104

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş