Xəbər lenti
Reklam
Azərbaycan Ordusu ermənilərin Kəlbəcərə daxil olmasını qadağan edib — Erməni mediası

“Azərbaycan Silahlı Qüvvələri erməni rahiblərinin Dadivanka girişini qadağan edib”.
Erməni mediasının məlumatına görə, bu sözləri Müqəddəs Eçmiədzinin rahibi Vaqram Melikyan bildirib.

Onun sözlərinə görə, Azərbaycan hərbçiləri 25 apreldə zəvvarların Dadivanka girməsinə qadağa qoyub:
“Bəli, məlumatınız doğrudur. Aprelin 25-də Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri epidemiya bəhanəsi ilə Erməni Apostol Kilsəsinin Artsax Yeparxiyasının Baş yepiskopu Parqev Martirosyan, Yepiskop Vrtanes Abrahamyan və bir qrup zəvvarın Dadivank ərazisinə girişini qadağan ediblər. Üstəlik icazə alan zəvvarların sayı 25-dən 10-a endirilib. Hətta vaxtaşırı rahiblərə çatdırılan məhsulların köçürülməsi də qadağan edilib”./Konkret.az

Tarix: 27 aprel 2021
Baxış: 233

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş