Xəbər lenti
Reklam
“Qarabağdakı rus sülhməramlıları...” - ABŞ səfirliyində gizli görüş

“Ermənistanda fəaliyyət göstərən anti-Rusiya siyasi blokunun qüvvələrinə Rusiya əleyhinə təbliğatını hər cür dəstəkləmələri və fürsət düşdükdə Moskvanın mesajlarına açıq şəkildə cavab verməsi tapşırılıb”.
Bu barədə Ermənistanda nəşr olunan “Past” qəzeti yazıb.
Nəşr məsələ ilə əlaqədar ABŞ-ın İrəvandakı səfirliyində gedən gizli müzakirələrə də diqqət çəkib:
“Ermənistandakı son daxili siyasi proseslər getdikcə daha çox maraq doğurur və müəyyən bir anda kulminasiya nöqtəsi mümkündür. Bu fonda, geosiyasi kontekstdə kifayət qədər maraqlı proseslər gedir. Bildiyiniz kimi, Rusiya sülhməramlılarının Qarabağa girməsindən sonra cəmiyyətdə rusiyapərəst əhval-ruhiyyə yüksəldi, bu da qərbyönümlü strukturlar və fərdlər arasında ciddi narahatlığa səbəb olub.
Martın 1-də ABŞ-ın Ermənistandakı səfirliyində belə bir gündəliyə malik görüş keçirilib. Bu görüşdə Ermənistanın siyasi sferasının Qərb tərəfindən maliyyələşdirilən fəalları iştirak ediblər. Əldə etdiyimiz məlumata görə, tənqid siqnalları ABŞ-ın bölgədəki yeni geosiyasi addımları ilə birbaşa əlaqəli olacaq”.  \\HİT.az

Tarix: 04 mart 2021
Baxış: 155

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş