Xəbər lenti
Reklam
Lukaşenko: Rusiyanın təyyarələri Belarusda yerləşdirilsin!

Belarus Prezidenti Akeksandr Lukaşenko ölkəsindəki hərbi bazalarda Rusiyaya məxsus döyüş təyyarələrini yerləşdirməyi təklif edib.
A.Lukaşenko bu barədə təklifi Belarus-Rusiya hərbi əməkdaşlığına həsr olunmuş iclasda səsləndirib.
“Belarusda olanlardan əlavə, bu təyyarələri də bizə verin. Amma bu təyyarələri Rusiya və belaruslar birlikdə istifadə etməlidir. Kifayət qədər hərbi bazamız var. Yenilərinə ehtiyac yoxdur.
Niyə boş yerə pul xərcləyək ki? Ən yaxşısı, mövcud olan bazalar üçün yeni təyyarələr almaq və ya istehsal etməkdir”, – prezident vurğulayıb.
A.Lukaşenkonun sözlərinə görə, fevralın 22-də Rusiya lideri Vladimir Putinlə Soçidə baş tutan görüşündə Putin bu təklifi geri çevirməyib:
“Əgər təyyarələr Belarus hərbi bazalarında yerləşdiriləcəksə, bu təyyarələr üçün silah da istəməliyik, üstəlik, ən yenisindən”.
Prezident əlavə edib ki, söhbət nüvə başlıqlarından getmir:
“Haqqında danışdığımız adi silahlardır. Bu, görüşümüzün ən çox üzərində dayandığımız mövzularından biri idi”. \\Axar

Tarix: 02 mart 2021
Baxış: 127

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş