Redaktor seçimi
    Rusiya Türkiyəyə çarter reyslərinin dayandırılması ilə bağlı QƏRAR VERİB
Xəbər lenti
Reklam
Ağdamdakı dağıntılar rusiyalı və gürcüstanlı jurnalistləri dəhşətə gətirdi – VİDEO
 
Bir qrup rusiyalı və gürcüstanlı jurnalist işğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfərə gəlib.
“Vestnik Kafqaza” İnformasiya Agentliyinin təmsilçisi, Moskva Dövlət Universitetinin Qafqazşünaslıq Mərkəzinin rəhbəri İsmayıl Ağakişiyev Trend-TV-yə bildirib ki, jurnalistlərin bura gəlməsində məqsəd işğaldan azad edilmiş ərazilərdəki vəziyyət barədə videoreportaj hazırlamaqdır:
“Məqsədimiz ondan ibarədtir ki, buradakı real vəziyyəti Rusiya cəmiyyətinə təqdim edək. Biz deyəndə ki, orada vəziyyət belədir, dağıntılar var, insanlar inanmırdılar. Deyirlər ki, necə ola bilər ki, XX əsrin sonu XXI əsrin əvvəlində torpaqlar işğal edilsin, orada şəhərlər dağıdılsın, bunun məqsədi nədən ibarət olar bilər?!
Yol boyu mən susdum, dedim qoy onlar özləri baxsınlar. Dəhşətə gəldilər ki, nəyə görə bunu ediblər?! Belə adamların bura gəlməyi, özləri tərəfindən belə reportajların hazırlanmağı, Moskvada bunların göstərilməsi çox yaxşı haldır. Gələnlər arasında tanınmış fotoqraflar da var. Məqsədimiz buradakı vəziyyəti Rusiya ictimaiyyətinə çatdırmaqdır. Nə qədər çox həqiqətləri çatdırsaq, bizi başa düşmək istəyən insanların sayı artacaq”.
“Ağdamdakı dağıntılar dəhşətli bir təəssürat yaradır. Burada bir dənə də olsun ev qalmayıb. Onlarla kilometr kənd dağıdılıb”.
Bunu isə Ağdamda olan gürcü jurnalist Giorgi Saralidze deyib.
“Ötən əsrin 80-ci illərinin ortalarında atamla birlikdə bu ərazilərdə olmuşam. Çiçək açan bir torpaq idi. İndi gördüklərimdən çox depressiyaya düşmüşəm. Bu, sadəcə bir kabusdur.
Sovet İttifaqı dövründə çoxlarının tanıdığı Ağdam kimi bir şəhər yoxdur. Bu dəhşətli bir təəssürat yaradır və ən başlıcası bunun niyə edildiyini başa düşə bilmirəm. Bu mənim üçün bir sirrdir” – deyə o bildirib.
Reportajı təqdim edirik:

Tarix: 25 fevral 2021
Baxış: 64

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]