Xəbər lenti
Reklam
"Qarabağ müharibəsində "İskəndər M" raketindən istifadə olunmayıb" - Rusiya Müdafiə Nazirliyi

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın "İskəndər" raketlərinin effektivsizliyi barədə açıqlamasına rəsmi münasibət bildirib.
Rusiya MN Qarabağ müharibəsində ümumiyyətlə "İskəndər" raketlərindən istifadəni təkzib edib. 
"Bizdə olan obyektiv məlumata görə, Qarabağ müharibəsində ümumiyyətlə "İskəndər M" raketindən istifadə olunmayıb. Bütün döyüş sursatları hazırda Ermənistanın silah anbarlarındadır. Görünür, cənab Paşinyana əsassız məlumatlar verilib", - MN sözçüsü bildirib.
Bəyanatda həmçinin əlavə olunur ki, "İskəndər" raketindən Suriyada real döyüş şəraitində dəfələrlə istifadə olunub və bu raketin analoqları arasında ən yaxşı olduğu etiraf olunur. 
Rusiya MN-in bu açıqlaması təəccüb doğurur. Belə ki, Qarabağ müharibəsində "İskəndər" raketlərindən uğursuz istifadəni təkcə Paşinyan yox, hərbçilər də etiraf edib. Hətta Baş Qərargah rəisi, o cümlədən sabiq prezident Serj Sarqsyan da bu faktı təsdiq ediblər. 
Xatırladaq ki, Nikol Paşinyan müharibə zamanı "İskəndər" raketlərindən istifadə olunduğunu, lakin onların cəmi 10 faizinin partladığını bildirib. Bu bəyanat Rusiyada böyük qəzəblə qarşılanıb. Ermənistanın Baş Qərargah rəisinin bu gün Paşinyanı istefaya çağırması da, elə bu qəzəbin nəticəsi hesab olunur. \\AzPolitika.info

Tarix: 25 fevral 2021
Baxış: 114

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş