Xəbər lenti
Reklam
Paşinyandan Rusiyaya və Sarkisyana “İskəndər” zərbəsi – “Onlar niyə partlamırdı?”


Nikol Paşinyan Rusiyadan alınan "İskəndərlər”in səmərəsizliyi barədə danışıb.
Ermənistanın baş naziri Nikol Paşinyan "1in.am”-a verdiyi müsahibəsində Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi zamanı "İskəndər” taktiki komplekslərinin "partlamamış” raketləri barədə danışıb.
O, sabiq prezident Serj Sarkisyanın "hərbi əməliyyatların başlanğıcında erməni hərbçiləri "İskəndər”dən istifadə edə bilərdi” sözlərinə bu cür reaksiya verib.
"Qoy sual etsin ki, "İskəndər” raketi niyə partlamayıb? Ya da məsələn, nədən raketlərin yalnız 10 faizi partlayıb?”,-deyə Paşinyan Sarqisyana cavab verib, amma təfərrüatlara varmayıb. \\Sfera


Tarix: 24 fevral 2021
Baxış: 157

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş