Xəbər lenti
Reklam
Ermənilər Rusiyaya qaçmağa HAZIRLAŞIRLAR

"Rusiya fevralın 1-dən ermənilər üçün öz qapılarını açacaq. Əgər hazırda ölkəmizi nə qədər insanın tərk etməyə hazır olduğunu və Rusiyaya gedəcəyini desəm, dəhşətə gələrsiniz".
 
Bunu tanınmış erməni ictimai fəal Aram Gevorqyan deyib.
 
O, xeyli sayda Ermənistan vətəndaşının Rusiyaya köçməyə hazırlaşdığını bildirib.
 
"Bilirəm, özünüzə və övladlarınıza yaxşı gələcək istəyirsiniz. Amma həmişə yadınızda saxlayın ki, hara getsəniz də, nə qədər yaxşı yaşasanız da, vətəndəki kimi heç bir yerdə qəbul edilməyəcəksiniz. Bilirəm ki, çətindir. Hələ də ağır günlərimiz var. Ancaq əsl vətənpərvərlik belə anlarda üzə çıxır. Gedənləri günahlandırmıram. Sadəcə xatırladaram ki, biz də qalıb ölkəmizi qurmasaq, türklər bunu bizim üçün edərlər...”, - deyə erməni fəal sosial şəbəkə hesabında yazıb. (Azvizion)

 

Tarix: 27 yanvar 2021
Baxış: 181

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş