Xəbər lenti
Reklam
Erməni politoloq: “Keçmiş Müdafiə nazirinin müsahibəsini oxuyursan, sanki qalib gəlmiş ordunun komandiri kimi danışır”

“Əminəm ki, biz ötən müharibədə alınmış məğlubiyyətin səbəblərini hələ uzun müddət təhlil edəcəyik”.

Bunu erməni politoloq Hrant Melik-Şahnazaryan özünün “Facebook” səhifəsində yazıb.

“Keçmiş Müdafiə naziri Davit Tonoyan bu gün bir neçə hal üzərində göstərdi, faktiki olaraq sübut etdi ki, ordunun idarəetmə ilə bağlı problemi var idi və kim nə istəyir edirdi.

Əlbəttə, Tonoyan yalan danışmır, əminəm ki, sabah, o biri gün bütün bunlar istintaq mövuzusu olacaq.

Keçmiş Müdafiə nazirinin müsahibəsini oxuyursan, sanki qalib gəlmiş ordunun komandiri kimi danışır”, - deyə o qeyd edib. \\Ordu
Tarix: 26 yanvar 2021
Baxış: 157

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş