Xəbər lenti
Reklam
Separatçı Araik niyə Ağdərəyə gəlib? - SƏBƏB

1991-ci ildən Azərbaycan Respublikasının işğal altındakı ərazilərində qondarılmış separatçı-terrorçu rejimin Rusiya tərəfindən xilas edilmiş tör-töküntülərinin başçısı Araik Arutyunyan dünən –yanvarın 24-də Xankəndindən Tərtər rayonunun işğal altında qalan Ağdərə şəhərinə gəlib. 
Erməni saytlarının yaydığı məlumata görə, A.Arutyunyan  “rayon”un qanunsuz “rəhbərliyi” ilə yığıncaq keçirib.
Məlum qucaqda oturan xunta rəhbəri iclasda müharibədən sonrakı vəziyyətdən, evlərini itirmiş və Azərbaycanın azad etdiyi rayonlardan gəlmiş ermənilərin "rayon" ərazisində yerləşdirilməsindən danışıb.
Məlumatda separatçıların görüşündə Ağdərədə yerləşən erməni diviziyasının komandiri Karen Şakaryanın da iştirak etdiyi bildirilir.  /Moderator.az

 

Tarix: 25 yanvar 2021
Baxış: 152

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş