Xəbər lenti
Reklam
Ərdoğandan Azərbaycanla bağlı dünyaya mesaj: Mənim soydaşlarıma qarşı...

"Pilotlu, pilotsuz təyyarələrimiz bütün dünyada təqdir olunur. Ən son 44 günlük Qarabağ savaşında bu təyyarələrimizin böyük xidməti olub".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin 5-ci istehsalı olan “İstanbul” savaş gəmisinin dənizdə ilk səyahətə açılış mərasimində danışarkən deyib.
"Pis qonşular bizi ev sahibi etdi. Guya Türkiyə ilə NATO-da müttəfiqik, bu kameraları bizə satmadılar ki, niyə bu silahlarınız Ermənistana qarşı vuruşur. Amma Ermənistan bizim dostumuza, mənim soydaşlarıma qarşı savaşır, biz dəstək verməyəcəkdikmi?".
Ərdoğan deyib ki, Türkiyə artıq öz müharibə gəmisini qura bilən 10 ölkə arasında yer alır, pilotsuz təyyarə istehsalı üzrə isə ilk 3 ölkə arasındadır. \\Oxu24

Tarix: 23 yanvar 2021
Baxış: 158

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş