Redaktor seçimi
    Araik azərbaycanlı evli qadına MESAJ YAZDI – Şok Mesaj ÜZƏ ÇIXDI /Video
Xəbər lenti
Reklam
Ayvazyanın həyasızlığı: Şuşa erməni mədəniyyətinin beşiyidir

Ermənistan xarici işlər naziri yenə də diplomata yaraşmayan bəyantla gündəmə gəlib.
Gender.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, Azərbaycan rəhbərliyinin Şuşada verdiyi açıqlamalar qonşu ölkənin rəhbərliyinə, xüsusən də Ara Ayvazyana rahatlıq vermir. Axı Müzəffər Ali Baş Komandan məhz Ayvazyanın Qarabağa səfərini hədəf alaraq, bu səfərlərə son qoyulmasını tələb etmişdi.
Xarici siyasət qurumunun başçısı hesab edir ki, İlham Əliyevin bu hədəsi “bölgədə sülh və sabitliyə töhfə vermir”. Onun fikrincə, Əliyev “bir tərəfdən münaqişənin bitdiyini söyləyir, digər tərəfdən münaqişənin kəskinləşəcəyini xəbərdar edir”. Diplomat hələ də başa düşməyib ki, Azərbaycan Prezidenti əgər səfərlər davamlı olarsa, münaqişənin deyil, ermənilərin vəziyyətinin pisləşəciyi barədə xəbərdarlıq edib.
“Mənim Qarabağa son səfərim vacib idi, ümumi bir gündəm formalaşdırmaq və işimizi Qarabağla birləşdirmək məsələlərini müzakirə etdik. Ermənistan tərəfi ATƏT-in Minsk qrupu formatında danışıqlara başlamağa və təməl prinsiplər ətrafında danışıqlara hazırdır. Bizim üçün prioritet məsələ ərazilərin işğaldan çıxarılması və erməni əhalisinin geri qaytarılmasıdır. Eləcə də humanitar yardım göstərilməsi, mədəni və dini irsin qorunması məsələləri də vacibdir”, – deyə XİN başçısı jurnalistlərlə görüşü zamanı söyləyib.
Sonda Ayvazyan qeyd edib ki, “Şuşa məsələsinə gəldikdə, bu şəhər erməni mədəniyyətinin mərkəzidir”. Onun sözlərinə görə, “kimin nə deməsindən asılı olmayaraq, erməni tərəfi Şuşanın Azərbaycan mədəniyyətinin mərkəzinə çevrilə biləcəyi ilə razı deyil…”
Deyəsən, nazir müharibədən və onun nəticələrindən, 10 noyabr bəyantından xəbərsizdir….\\NOCOMMENT.az
Tarix: 20 yanvar 2021
Baxış: 69

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]