Xəbər lenti
Reklam
İşğal altında olan 128 alban məbədi erməni qriqorian kilsəsinə ÇEVRİLİB

“Ermənistan Azərbaycanın tarixi-dini, mədəniyyət abidələrinə münasibətdə konkret bir siyasət həyata keçirib”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, bu siyasətin mahiyyəti, ilk növbədə, bizim izlərimizi oradan silməkdir: “Bunun üçün onlar üç istiqamətdə iş aparıblar. Birincisi, İslam məbədlərini, məscidləri, ziyarətgahları dağıdıblar. İkincisi, İslam məbədlərini başqa xalqın mədəniyyətinin nümunəsi kimi təqdim edib, yəni özgəninkiləşdiriblər. Üçüncü istiqamət isə alban məbədlərinə olan münasibət idi ki, burada isə onların siyasətinin mahiyyəti özününküləşdirmək xarakteri daşıyırdı”.

Sədr müavini bildirib ki, işğal altında olan 128 alban məbədinin, demək olar ki, hamısı, o cümlədən Xudavəng məbədi, Laçındakı Ağaoğlan məbədi, Ağdərədəki Gəncəsər məbədi və Xocavənd rayonundakı Amasar kilsəsi erməni qriqorian kilsəsinə çevrilib. \\Report
Tarix: 14 yanvar 2021
Baxış: 132

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş