Xəbər lenti
Reklam
Sumqayıtda Vətən müharibəsi şəhidlərinın xatirə lövhəsi ucaldılıb - FOTOLAR



Sumqayıt şəhərində II Qarabağ savaşı şəhidləri Elçin Zamin oğlu Hüseynov və Elnur Əli oğlu Allahverdizadənin xatirə lövhəsi ucaldılıb. 

Gender.az Sfera.az-a istinadla xəbər verir ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində baş tutan tədbirdə çıxış edən şəhid valideynləri Allahdan bütün şəhidlərə rəhmət diləyib, Azərbaycan ordusunu, qalib əsgərlərimizi qələbə münasibətilə təbrik ediblər .

Şəhid Allahverdizadə Elnurun döyüş yoldaşları onun şücaəti və keçdikləri döyüş yolundan danışıblar. Onlar Elnurun əsl qəhrəman olduğunu, topun arxasında olarkən hər zaman yoldaşlarına ürək -dirək verdiyini bildiriblər. Döyüş yoldaşları Elnurun 7 noyabr tarixində Xocavənd - Ağdam uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldığını vurğulayıbar.

Tədbirdə çıxş edən Şəhid Elçin Hüseynovun qardaşı Natiq Hüseynov qardaşının vətənpərvər insan olduğunu və hər zaman Şuşa həsrətilə yaşadığını söyləyib. Döyüş yoldaşlarının Elçinin məzarı üstünə bir ovuc torpaq səpdiklərini deyən şəhid qardaşı Elçinin Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olduğunu sözlərinə əlavə edib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
 








   
Səbuhi Elnur
Tarix: 13 yanvar 2021
Baxış: 45

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]