Xəbər lenti
Reklam
“Putin deyib ki, Qarabağın müstəqilliyi tanınmayıb” - Peskov

Dağlıq Qarabağın Azərbaycana mənsubluğu BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə müəyyən edilib.
 
Bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
 
O, müharibədən və Azərbaycan, Ermənistan, Rusiya liderlərinin imzaladığı razılaşmadan sonra Qarabağın statusu barədə məsələyə Rusiyanın münasibətinin dəyişib-dəyişməyəcəyinə dair sualı cavablandıraraq deyib:
 
“Bu ərazilərin mənsubluğu Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə kifayət qədər çoxdan müəyyən edilib. Bunların hamısı Təhlükəsizlik Şurasının qətnaməsində göstərilib. Rusiya və əslində heç bir ölkə heç nəyi dəyişməyib. Prezident Putin deyib ki, Qarabağın müstəqilliyi tanınmayıb, o, hətta Ermənistanın özü tərəfindən belə tanınmayıb, bu barədə Prezident Putin deyib”.
 
Kremlin rəsmi nümayəndəsi əlavə edib ki, rusiyalı hərbçilər, həmçinin Qarabağda Rusiyanın humanitar missiyası öz fəaliyyətlərini həm azərbaycanlılar, həm də ermənilər ilə əlaqələndirirlər. \\Modern.az
Tarix: 04 dekabr 2020
Baxış: 192

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş