Xəbər lenti
Reklam
Arayik Arutyunyan terrorçuları Xankəndiyə toplayır

10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Rusiya sülhməramlılarının əhatəsində özünü güvəndə hiss edən Dağlıq Qarabağdaki separatçıların “rəhbəri” Arayik Arutyunyan özü kimi terrorçuları Xankəndiyə toplamağa davam edir.
Arutyunyan bu gün sosial şəbəkədə yazdığı xəbərdə bildirib ki, Vitali Balasanyanı Dağlıq Qarabağ bölgəsindəki işğalçı rejimin “Təhlükəsizlik Şurasının katibi” postuna təyin edib.
Arayik Arutyunyan Mane Vanya Tandilyan adlı erməni qadını isə Dağlıq Qarabağ separatçılarının “əmək, sosial məsələlər və mənzil naziri” vəzifəsinə gətirib.
Xatırladaq ki, əslən Əsgərandan olan Vitali Balasanyan Azərbaycan torpaqlarının işğalında fəal iştirak edib. O, Qarabağdakı soyqırımı cinayətlərinin ən qatı iştirakçılarındandır. Dağlıq Qarabağda separatçıların “diviziya komandiri”, “müdafiə nazirinin müavini” olub.
Görünən odur ki, Araik Arutunyan Azərbaycan Ordusunun Qarabağdakı işğalçılara verdiyi dərsdən hələ ki nəticə çıxarmayıb.  \\Modern.az
Tarix: 02 dekabr 2020
Baxış: 161

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş