Xəbər lenti
Reklam
“Euronews” Ağdamdan reportaj hazırlayıb
 

“Euronews” telekanalı Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərindən reportaj hazırlayıb.

Reportajda Ağdam “Qafqazın Xirosiması” adlanır. Qeyd olunub ki, hazırda şəhərin ərazisi minalardan təmizlənir və bunun üçün onilliklər lazımdır.

Reportajda bildirilir ki, Ağdam şəhəri 27 il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.

Qeyd edək ki, Azərbaycan Ordusu Ağdama noyabrın 20-də daxil olub və Azərbaycan Bayrağını sancıb. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı atəşkəs bəyanatına əsasən, Ağdam rayonu Azərbaycana təhvil verilib. \\Report




Tarix: 26 noyabr 2020
Baxış: 170

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş