Redaktor seçimi
    Koçaryandan KRİTİK AÇIQLAMA: "Yeni müharibə, yeni ərazilər..."
Xəbər lenti
Reklam
Litvalı jurnalist: “Ermənistan mülki obyektlərin içərisində raket qurğuları yerləşdirib”
 

Məşhur "delfi.ru” saytının litvalı fotojurnalisti Vidmantas Balkunas Dağlıq Qarabağ münaqişə zonasından hazırladığı reportajlar silsiləsində Ermənistanın bir sıra yalanlarını ifşa edib.
Jurnalist Xankəndidə və Şuşada yaşayış yerlərində, eləcə də digər mülki obyektlərin içərisində və ya yaxınlığında raket qurğularının yerləşdirildiyini yazıb.
Jurnalist bildirib ki, Xankəndidə çoxmənzilli binaların birinin zirzəmisində dinc sakinlərin sığındığı vaxtda, digər bölmədə hərbi formalı şəxslər danışıqlar aparır. Həmçinin, yaşayış bölgələrində raket qurğuları gizlədilib:
"Belə olan halda oyunun bütün qaydalarını qəbul etmək lazımdır. Əgər sizin raket qurğularınız şəhər parkında yerləşirsə və düşmən atəşi ilə məhv edilirsə, o zaman dinc sakinlər həlak olur deyə şikayət etmək lazım deyil. Ya da Şuşada hərbi sursatların gizlədildiyi mədəniyyət evinə zərbə endirdiyi üçün düşməni necə ittiham etmək olar? Şəhərkənarı qəsəbədə S-300 qurğusunun yerləşdirilməsini necə izah etmək olar?”. \\Trend
шаблоны для dle 11.2
Tarix: 23 oktyabr 2020
Baxış: 84

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş