Xəbər lenti
Reklam
Yol polisi azad olunmuş rayonlara nişan quraşdırır - FOTO

Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İdarəsi Azərbaycan ordusu tərəfindən işğaldan azad olunmuş ərazilərin adlarının əks olunduğu nişanları hazırlayıb.
Bu barədə Gender.az-a İdarədən məlumat verilib. Bildirilib ki, yeni lövhələr yaxın günlərdə həmin şəhər və rayonların, eyni zamanda kəndlərin girişinə vurulacaq.
Qeyd edək ki, yol polisi digər bütün işğaldan olan bölgələrin adlarının əks olunduğu lövhələri hazırlayacaq. İşğaldan azad olunduqca müvafiq nişanlar təmin olunacaq.
Rəşadətli ordumuzun hər gün işğaldan azad etdiyi rayonlar tezliklə yenidən öz adlarına qovuşacaq. Fotoları təqdim edirik:



 
Tarix: 21 oktyabr 2020
Baxış: 404

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş