Redaktor seçimi
    Yol polisi azad olunmuş rayonlara nişan quraşdırır - FOTO
Xəbər lenti
Reklam
Tarixi faktlar Vladimir Solovyovun erməni sevgisinə qarşı – Televiziya aparıcısının qərəz dolu yazısına cavab
                                  
Televiziya aparıcısı Vladimir Solovyov "erməni anası” və Samvel Karapetyanla dostluğu haqda danışıb.

Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, jurnalist müxtəlif yollarla erməni xalqının təbliğatını aparmağa çalışıb.

V.Solovyovun sözügedən çıxışından bəzi hissələri təqdim edirik:

"Qüdrətli erməni xalqının tarixinə nəzər salanda, böyük erməni xalqının yəhudilər üçün etdiklərinə görə onlara qarşı heyranlıq, minnətdarlıq hissi duymaya bilmirsən. Buna görə biz onlara borcluyuq. Amma bildiyimiz kimi, təəssüf ki, tariximizdə onların yaxşılıqlarına nankorluqla cavab verdiyimiz məqamlar olub”.

Gəlin, jurnalistin dediyi kimi, yəhudilərin guya ki, heyran olduğu ermənilərin onlara olan münasibətinə baxaq...
 
Tarixə baxanda tək onu demək kifayətdir ki, "Dro” ləqəbli erməni əsilli general İkinci Dünya Müharibəsində minlərlə yəhudinin qırılmasında şəxsən iştirak edib. Hətta ermənilər yəhudilərə öz nifrətini ədəbiyyatda da göstərməkdən çəkinməyiblər. Belə ki, Romen Yepiskoposyan 2002-ci ildə "Milli sistem” adlı kitabında türkləri və yəhudiləri özlərinin bir nömrəli düşməni kimi təqdim edib.

Son illərə gəlsək, ABŞ-ın "Pew” tədqiqat mərkəzinin 2015-ci ilin iyunundan 2016-cı ilin iyulunadək Mərkəzi və Şərqi Avropanın 18 ölkəsində tədqiqatına nəzər salaq. Tədqiqat zamanı əldə edilən məlumatlara görə, Ermənistan sakinlərinin 32%-i yəhudiləri öz ölkələrinin vətəndaşları arasında görmək istəməmişdi. Bu isə sorğunun keçirildiyi bütün ölkələr arasında ən yüksək antisemitizm göstəricisi idi.

"Ermənilərin XX əsrin əvvəllərində Soyqırımdan, Holokostdan ilk əziyyət çəkən və dünyanın bunu unutmasına imkan verməyən insanlardır, ermənilər”.

Bəli, jurnalist düz qeyd edir ki, ermənilər yəhudilərə qarşı təşkil edilmiş Holokost faciəsini "unutdurmurlar”. Təsadüfi deyil ki, hələ iki ay öncə ermənilər paytaxt şəhər İrəvanda Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidəyə "Yəhudilərə ölüm" yazısı ilə diqqət çəkdilər....

Teleaparıcı kiçik yaşlarından çevrəsində ermənilərin olduğunu da qeyd edib:

"Teleaparıcı kimi püxtələşməyimdə və televiziya həyatımda erməni anam adlandırdığım Qayane Samsonovna Ambartsumyan ("Vladimir Solovyovla axşam" verilişinin baş redaktoru – red) çox böyük rol oynayıb”, - deyən Solovyov, əlavə edib ki, ən yaxın dostları arasında bir çox tanınmış erməni, o cümlədən, məşhur iş adamı, xeyriyyəçi, "Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyan da var.

Samvel sadəcə yaxşı dost deyil, hər dəfə övladlarım dünyaya gələndə, Samvelin xanımı Eteri - bilmirəm, o, bunu necə bacarır, hamıdan əvvəl palatada peyda olur, özü də körpələrçün çox gözəl hədiyyələr gətirir. Hamıdan əvvəl deyəndə, ailəmizin üzvü olmayan insanları nəzərdə tuturam, çünki adətən özüm doğuşda iştirak edirəm”, - deyə Solovyov bildirib”.

Jurnalist burda da tarixdən keçir ailə-məişət münasibətlərinə... Axı sənin 2-3 erməni dostunun olması onların xalq olaraq "aliliyinə” , qədim tarixə malik olduqlarına dəlaət etməz.

Ümumiyyətlə, jurnalistin toxunduğu bütün nüanslar erməni-yəhudi münasibətlərinin səmimiliyinə, ermənilərin müsbət obraz kimi tanınmasına qeyri-adekvatdır.

Yuxarıda sadaladığımız faktlar jurnalistin dediyi kimi erməni-yəhudi tarixi münasibətlərinin necə "möhkəm” olmasının sadəcə qısa bir hissəsidir.
 
V.Solovyov yanaşmasının nə qədər yanlış olmasını bu cür onlarla faktla təkzib etmək mümkündür.

 шаблоны для dle 11.2
Tarix: 16 oktyabr 2020
Baxış: 129

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş