Xəbər lenti
Reklam
Dəniz qumu yoluxmaya səbəb olur – Rusiyalı həkimdən açıqlama
                                                 
Rusiyalilara çimərliklərdəki qumun yoluxmaya səbəb ola biləcəyi haqda xəbərdarlıq edilib.

Gender.az RİA.Novosti-yə istinadla xəbər verir ki, çimərlik kimi istifadə olunan göl və çay sahillərindəki qum müxtəlif bakteriya, mikrob və parazitlərə yoluxma mənbəyi ola bilər.
 
 
Bu haqda TASS-a açıqlamasında Rusiyanın Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun CMD Molekulyar Diaqnostika Mərkəzinin mütəxəssisi Mixail Lebedev danışıb.
 
 
Onun sözlərinə görə, dezinfeksiya olunmadığı üçün beş-altı santimetr dərinlikdə qum mikroorqanizmlərin çoxalması üçün münbit mühit hesab olunur. Qumda həmçinin protozoa, patogen göbələklər, qurdlar və bakteriyalar da yaşayır.
 
 
Qum dənəciklərinin bədəndəki mikro çatlardan, yaralardan orqanizmə düşməsi göbələk xəstəliklərinin və digər infeksiyaların (red. mikoz, kandidoz və s.) meydana gəlməsinə səbəb ola bilər. Uzun müddət yaş çimərlik geyimində qalmaq və hipotermiya (red.insan bədənində temperaturun aşağı düşməsi nəticəsində yaran simptom) sistit, uretrit və s. kimi iltihabi xəstəliklərin, eləcə də yuxarı tənəffüs yollarında respirator infeksiyaların inkişafına gətirib çıxara bilər.

Yaş qum xüsusilə təhlükəlidir. "Quru və isti qum daha az təhlükə yaradır, amma o da xəstəlik və infeksiyalardan tam qorumur. Buna görə özünüzü quma basdırmaqdan və qumfiqurlar yapmaqdan çəkinməyiniz məsləhətdir”,-deyə, epidemioloq fikrinə aydınlıq gətirib.
 
Lebedev bildirib ki, çimərlikçün doğru məkanın seçilməsi yoluxma riskini azalda bilər. Misalçün, serkarilərə (red. ağciyər sorucusu) daha çox durğun sularda, həmçinin məişət tullantıları ilə çirkləndirilən, yaxud çayla təması olan dəniz sularınnda rast gəlinir.
 
Daha əvvəl həkimlər rusiyalıları içməli su hövzələrində çimməkdən çəkinməyə çağırırdılar, çünki bu yolla salmonella, lyamblya kimi parazit qurdlara, ağız boşluğu infeksiyalarına, eləcə də vəba, hepatit A, poliomelit, adenovirus, həmçinin koronavirus infeksiyalarına yoluxmaq təhlükəsi var. (Sfera.az)
Tarix: 05 avqust 2020
Baxış: 200

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş