Xəbər lenti
Reklam
Türkiyənin F-16 qırıcıları Naxçıvandan Yerevana hava zərbəsini məşq etdi?
                                                                                                              
Naxçıvanda keçirilən birgə təlimlər zamanı Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları Yerevana hava zərbəsi məsafəsinə qədər yaxınlaşıb.

Gender.az xəbər verir ki, bunu avia.pro  iddia edir.

Bildirilir ki, dünən Türkiyə tərəfi öz qırıcıları düz Yerevana istiqamətləndirib. Mənbələrin bildirdiyinə görə, ən azı 2 F-16 qırıcısı birbaşa döyüş kursu ilə Yerevana istiqamət alıb və Ermənistan paytaxtına 56 kilometr qalmış, bu isə aviasiya raketlərinin zərbə radiusudur, geri qayıdıb. Bununla da Ermənistan paytaxtına hava zərbəsini sınaqdan keçirib.
                                              

 İddia edilir ki, Türkiyə qırıcıları Azərbaycanın hava məkanında uçub. Bu zaman Ermənistan sərhədi boyu Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin 4 vertolyotu da uçuş keçirib, vertolyotlar Ermənistan sərhədinin bilavasitə yaxınlığından keçib, amma sərhədi pozmayıb.

Xatırladaq ki, Azərbaycan-Türkiyə birgə irimiqyaslı təlimləri iyulun 29-dan başlayıb, təlimlər avqustun 10-nadək davam edəcək. Təlimlərə qatılmaq üçün Türkiyənin F-16 qırıcıları, “Atak” hücum vertolyotları, reaktiv yaylım atəşi sistemləri və bir diviziya canlı qüvvəsi göndərilib. Ermənistanda bu təlimləri təşvişlə izləyirlər./ virtualaz.org

Tarix: 03 avqust 2020
Baxış: 178

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş