Redaktor seçimi
    “Dağlıq Qarabağ münaqişəsi yoxdur, Ermənistan-Azərbaycan müharibəsi var”
Xəbər lenti
Reklam
Əli Kərimli hakimiyyətə şərt qoydu – Cəbhəçiləri azad edin, istefa verim…

                                          
AXCP sədri Əli Kərimli dünənki videoçıxışında hakimiyyət qarşısında şərtlərini açıqlayıb.

Gender.az xəbər verir ki, son günlər cəbhəçilərin kütləvi həbsinə diqqət çəkən AXCP sədri rejim üçün 2 təklif irəli sürüb.
“1. Sizi narahat edən mənəmsə, buraxın günahsız əqidədaşlarımı məni salın həbsxanaya.

2. Əgər bu təklif sizi qane etmirsə, onların hamısını azad edin, partiyanın fəaliyyəti üçün normal, konstitusiya çərçivəsində şərait yaradın, biz onsuz da bu il partiyanın qurultayını keçirməliyik. Bu payız partiyanın qurultayını keçirək. 
Əgər siz bu adamları azad edirsizsə, əgər siz Xalq Cəbhəsinin normal konstitusion fəaliyyətinə mane olmursuzsa, mən də millətin qarşısında bəyan edirəm ki, partiyamızı və dostlarımı bu repressiyalardan qorumaq xatirinə mən partiyanın sədrliyindən istefa verərəm və yenidən sədr seçilmərəm və namizəd olmaram.
Bu da olar mənim tərəfimdən partiyanı və dostlamızı qorumaq üçün ata biləcəyim fədakarlıq addımı.” / savash
шаблоны для dle 11.2
Baxış: 86

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş