Redaktor seçimi
    Axşam bütün Ermənistan AzTv-yə baxacaq – Etiraf kadrları
Xəbər lenti
Reklam
“Deputatlar 7 min maaş alır, amma adi insanın pensiyasına baxın, görün, arada nə qədər fərq var" – SƏRT REAKSİYA

Məlum olduğu kimi, sabahdan etibarən ictimai nəqliyyatlarda gediş haqqı 40 qəpik olacaq. Xatırladaq ki, Tarif Şurasının 31 yanvar 2023-cü il tarixli iclasında metro və sərnişindaşımada gediş haqlarının artırılmasına dair qərar qəbul edilib. Şura təklifləri müzakirə edərək sərnişindaşıma tarifini 10 qəpik artırıb. Qərarda qeyd edilir ki, tarif dəyişikliyi nəticəsində yaranacaq əlavə vəsait avtobus parklarının yenilənməsinə imkan yaradacaq, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlılığına müsbət təsir göstərəcək.
2018-ci ildə də nəqliyyatda qiymətlərin artımı baş verəndə, bu artımın xidmət keyfiyyətinə müsbət təsir edəcəyi vurğulanmışdı. Ancaq ötən 5 ildə daşıyıcı şirkətlər bu öhdəliyə əməl etmədilər. Yenə də köhnə və komfortsuz avtobuslar, kobud sürücülər var. Mövcud durum cəmiyyətdə müəyyən söz-söhbətlərə, vətəndaşların böyük əksəriyyətinin narazılığına səbəb olub. Sərnişinlər Tarif Şurasının sözügedən qərarının düzgün olmadığını qeyd edirlər. Onların narazı olduqları digər məqam isə qiymət artımı olsa da, keyfiyyətdə hər hansı bir dəyişikliyin olmamasıdır.

Əkrəm Həsənov: "Mərkəzi Bankın - RƏHBƏRİNİN DƏYİŞƏCƏYİNİ GÖZLƏYİRƏM" - FED.az

Mövzu barədə fikirlərini Konkret.Az-la bölüşən iqtisadçı Əkrəm Həsənov bildirib ki, istənilən sahədə sahibkarlar qiymət artımına gedirsə, bu, o deməkdir ki, ya onların xərcləri çoxalıb, ya da həmin biznes sahibkarlara heç bir halda sərf etmir və istədikləri kimi qiymət artımına yol verirlər. İctimai nəqliyyatda keyfiyyət məsələsinə gəlincə, ekspert qeyd edib ki, hökumət bu sahəyə kifayət qədər xərc qoya bilmir:
“Ümumiyyətlə, ictimai nəqliyyatlardakı keyfiyyətə nəzarət xalqın özündən asılıdır. Xalqımız deputatları seçir və onlar da qanunların icrasına nəzarət edir. Hər bir deputatdan tələb etməliyik ki, gediş haqqı artırsa, bu sahədəki keyfiyyətə də nəzarət etsinlər. Təbii ki, keyfiyyət bizi qane etmir, ona görə də bu məsələnin üzərində durmalıyıq. Çünki hər bir sahədəki qiymət artımı vətəndaşların sosial durumuna mənfi təsir edir. Ancaq bu məsələ də yenə xalqın özüdən asılıdır. Deputatlar 7 min manat maaş alır, amma adi insanın pensiyasına və maaşına baxın. Görün arada nə qədər fərq var. Bu sahədə qanunları qəbul edənlər məhz deputatlardır. Hər bir vətəndəş öz sahəsi üzrə seçdiyi deputatın yaxasından yapışmalıdır ki, niyə maaşı, pensiyanı az edirlər, amma nəqliyyat xərcini artırırlar və ortada keyifiyyət yoxdur! Vətəndaşlar aktiv olmasalar, belə hallar davam edəcək”.

Yeganə Bayramova
Tarix: 02 fevral 2023
Baxış: 243

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş