Redaktor seçimi
    AzTv ailəsində möhtəsəm toy - FOTOLAR
Xəbər lenti
Reklam
“Nikol özünə və xalqına hörmət edirsə, İrəvandakı sammiti ləğv etməlidir” - Arşakyan Paşinyana SƏSLƏNDİ

Kosaçev qarşıdan gələn sammitin əbəs olduğunu bəyan etdi. Çünki rusiyalı siyasətçi Ermənistana açıq şəkildə “siz KTMT-dən kömək görməyəcəksiniz” deyir.

Məlum olduğu kimi, noyabrın 23-də İrəvanda KTMT-yə üzv ölkələrin liderlərinin sammiti keçiriləcək və burada Rusiya prezidenti Putin də iştirak edəcək. İclasın gündəliyinə əsasən, beynəlxalq və regional təhlükəsizlik məsələləri, təşkilatın böhrana cavab sisteminin təkmilləşdirilməsi və Ermənistana yardımın göstərilməsi üzrə birgə tədbirlər müzakirə olunacaq. Artıq bir neçə gündür ki, Ermənistanda rusiyayönlü beşinci kolon bütün səsi ilə böhrana cavab tədbirləri çərçivəsində İrəvana lazımi yardımlar (hərbi yardım daxil) göstəriləcəyini deyir. Lakin bazar ertəsi, Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçovun “Arqumentı i faktı” qəzetinə müsahibəsində açıq şəkildə ifadə etdiyi bəyanatdan sonra Ermənistanın rusiyapərəst əhalisinin ümidləri puça çıxdı.

Gender.Az xəbər verir ki, erməni analitik Tevos Arşakyan Kosaçevrin açıqlamasını şərh edib:

“İrəvan nə Rusiyadan, nə də KTMT-dən kömək gözləməməlidir, çünki Ermənistanla Azərbaycan arasında münaqişə təşkilatın səlahiyyətlərinə aid deyil”.
“KTMT-yə üzv olan ölkələrin hər biri bu münaqişəyə öz münasibətini müstəqil şəkildə müəyyənləşdirir. Bizim səylərimiz hər iki tərəf üçün  eyni dərəcədə olmalıdır. Başqa cür mümkün deyil.  Vəziyyət ancaq bu şəkildə inkişaf edə bilər. Bu münaqişədə yalnız bir tərəfi dəstəkləmək mövqeyindən çıxış etmək onu daha da gərginləşdirmək deməkdir. Sülh yolu ilə nizamlanma mövqeyini tutmaq və bu şərtlərin bütün tərəflər üçün məqbul olmasına kömək etmək lazımdır”, – Kosaçev bildirib.


“Kosaçev qarşıdan gələn sammitin əbəs olduğunu bəyan etdi. Əslində burada hansı yardımdan söhbət gedə bilər?. Rusiyalı siyasətçi Ermənistana açıq şəkildə “siz KTMT-dən kömək görməyəcəksiniz” deyir. Onun “KTMT-yə üzv olan ölkələrin hər biri bu münaqişəyə münasibətini müstəqil müəyyənləşdirir” sözləri isə istehza kimi qiymətləndirilməlidir. Rusların ikiüzlülüyü, lovğalığı Ermənistanda çoxdan ikrah doğurub. KTMT bu ilin yanvarında Qazaxıstandakı daxili iğtişaşları yatırmaq üçün dərhal qoşun göndərdi. Baxmayaraq ki, bloka daxil olmayan dövlətin KTMT üzvünə təcavüzü barədə söhbət getmirdi. Sadəcə Tokayevi xilas etmək lazım idi. Həmçinin Rusiya və KTMT-nin müdaxiləsi sayəsində Qırğızıstanla Tacikistan arasında münaqişə başlamadan bitdi. Bu o deməkdirmi ki, qazaxlar, qırğızlar və taciklər KTMT və Moskva üçün önəmlidir, Ermənistan isə yox” – Arşakyan vurğulayıb.

“Düşünürəm ki, Paşinyan özünə və xalqına hörmət edirsə, İrəvandakı sammiti çox gec olmadan dərhal ləğv etməlidir. Putini, Tokayevi, Lukaşenkonu burada qəbul edib büdcə pullarını onlara xərcləməyin nə faydası var? Axı Kosaçev sadə politoloq deyil, o, əslində Rusiyanın və bütün KTMT-nin rəsmi mövqeyini səsləndirib. Və bu o deməkdir ki, buna uyğun hərəkət edilməlidir. Ermənistanın KTMT-dəki üzvlüyünü saxlamağa son verin. Bu bataqlığı tərk edib qərbə getməyin vaxtıdır. Üstəlik, İrəvan daha qətiyyətli olarsa, ABŞ və Fransa bizə açıq şəkildə diplomatik, siyasi və iqtisadi yardım təklif edəcək. Qərb bizi müasir silahlarla təchiz etməyə hazırdır, amma bir şərtlə ki, Ermənistan KTMT-dən çıxsın. Ermənistanın KTMT-dən çıxacağı təqdirdə uduzan tərəf isə Rusiya olacaq. Çünki bu, Rusiya Federasiyasının Cənubi Qafqazda mövqelərinin zəifləməsinə gətirib çıxaracaq. Dövlət maraqları və təhlükəsizlik məsələləri Ermənistan hökumətinə NATO-nun hərbi-siyasi çətiri altına girməyi, Rusiya və KTMT-dən qaçmağı qəti şəkildə tövsiyə edir. Odur ki, keçmişlə körpüləri yandırmaq vaxtıdır” – erməni analitik fikirlərini tamamlayıb. \\KONKRET.az
Tarix: 21 noyabr 2022
Baxış: 54

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}