Redaktor seçimi
    Paşinyan Əliyevin daha bir tələbini qəbul edib
Xəbər lenti
Reklam
“Biz artıq Qarabağı, oradakı nəzarətimizi itirmişik və əvvəlki dəyərimiz qalmayıb" - Qriqoryan

“Qarabağın hər hansı danışıqlar apara biləcəyinə böyük ümidlər bəsləməməliyik”.
Bunu erməni politoloq, ABŞ-ın Lehi Universitetinin professoru Arman Qriqoryan deyib. O bildirib ki, Qarabağın hansısa danışıqlar apara və Azərbaycandan nəsə qopara biləcəyinə inanmır.
“Xankəndi ilə Bakı arasında danışıqları necə olmalıdır? Azərbaycanlılar xoşməramlılıq nümayiş etdirirlər və öz vətəndaşları ilə, onların dediyi kimi, onların qayğılarını dinləmək üçün dialoqa başlamağa hazırdırlar. Amma onların sentyabrda Ermənistan sərhədləri daxilində nə etdiklərini bilirik. Yəni biz böyük ümidlər bəsləməməliyik ki, Qarabağ hansısa danışıqlar apara, Azərbaycandan nə isə qopara bilsin”, – deyə Qriqoryan bildirib.
Onun fikrincə, Ermənistan hakimiyyətinin Qarabağı tərk etməsində günahı yeni deyil, ən böyük günah onların müharibədən yayına bilməmələri olub.
“Biz artıq Qarabağı, Qarabağda nəzarətimizi itirmişik və danışıqların predmeti kimi müharibədən əvvəl sahib olduğumuz dəyərə malik deyilik. Təbii ki, bizim tanınmağımızın Azərbaycan üçün müəyyən dəyəri var, məncə, söhbət bundan gedir. Ermənistan Azərbaycanın bu tələbini ödəsə, o zaman Bakı öz ambisiyalarından və Zəngəzur yolundan əl çəkməlidir. Hətta Azərbaycanı Naxçıvanla birləşdirən başqa bir yol təklif olunur.
Bircə Azərbaycanın ərazi bütövlüyünün tanınması qalır və buna görə də hakimiyyət azərbaycanlıların 29,8 min kvadrat kilometr ambisiyalarından əl çəkməsindən danışır. Burada üçüncü tərəflərin maraqlarını və mövqelərini, xüsusən də Rusiyanın mövqeyini nəzərə almadan bunun mümkün olub-olmaması müzakirəsinə qayıdırıq. Bu nəzərə alınmasa, o halda nə baş verəcək?”, – Qriqoryan deyib. \\KONKRET.az

Tarix: 22 oktyabr 2022
Baxış: 425

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş