“Qaraca qız”ın Tutu və Xədicəsini birlikdə görüb, birlikdə sevdik. Lakin artıq onlar uzun müddətdir ki, görüşmürlər.
Gender.Az Baku.ws-a istinadla xəbər verir ki, bu barədə aktrisa Leyli Axundova(Xədicə) "Xəbərin olsun" verilişinə müsahibəsində deyib.
O bildirib ki, aktrisa Sevil Zeynalova(Tutu) ilə görüşmək istəyib.
Lakin onun həyat yoldaşı Leyli ilə görüşməyə icazə verməyib. Bundan sonra onlar küslü qalıblar.
Xatırladaq ki, "Qaraca qız" filmi 1966-cı ildə çəkilib.
Filmdə Tutu (Sevil Zeynalova) adlı xeyirxah və cəsarətli yetim, qaraçı qızının faciəli taleyindən danışılır.
Ekran işinin rejissorları Şamil Mahmudbəyov, Rüfət Şabanov dur.
Ətraflı videoda: