Xəbər lenti
Reklam
Fitlə avtobus saxlamaq istəyən dostlar saxlanıldı

Şirvan şəhərində parkda fitlə avtobus saxlamaq istəyən şəxslər polis tərəfindən saxlanılıb. 
Hadisə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində, "Meydan” adlanan ərazidə baş verib. 
Belə ki, Elvin, Elgün və Rauf adlı tanışlar restoranda yeyib-içdikdən sonra parka çıxıblar. Parkda dayanacağa yaxın məsafədən avtobus keçdiyi zaman hər üçü fitlə marşurutu saxlatmaq istəyiblər. 
Bu zaman polis əməkdaşları onlara asayişi pozduqlarını bildirib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edib. İş məhkəməyə göndərilib. 
Məhkəmədə dostlar marşrutun saat 19:00-dan sonra işləmədiyini və bu səbəbdən fit çalaraq onu saxlatmaq istədiklərini bildiriblər. 
Məhkəmənin qərarı ilə hər üç dost İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 150 manat cərimə ediliblər.  \\Qaynarinfo

Tarix: 13 mart 2024
Baxış: 79

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş