Xəbər lenti
Reklam
Məşhur aktyorda xərçəng AŞKARLANDI - FOTO

“Artıq ötən həftədən işə çıxıram”.
Gender.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında xərçəng xəstəliyindən əziyyət çəkən Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov deyib.
Direktor özünü hazırda yaxşı hiss etdiyini qeyd edib:
“Səhhətim yaxşıdır. Amma əsas səs tellərimdir. Bundan sonra onun bərpa olunacağına inanmıram. Hər şey Allahın əlindədir, mənimlə maraqlanan dostlara salam göndərirəm”.
Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun səhhəti pisləşib. Xəstəxanada müayinə zamanı 65 yaşlı direktorun qalxanabənzər vəzi xərçəngindən əziyyət çəkdiyi aşkarlanıb.


Tarix: 19 fevral 2024
Baxış: 124

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş