Xəbər lenti
Reklam
"Gedək burdan çala-çala, bala-bala" - tanınmış jurnalist Elza Seyidcahana şeir qoşdu
Vüsal Məmmədov
Tanınmış jurnalist və teleaparıcı Vüsal Məmmədov əməkdar artist Elza Seyidcahanın AYB-yə üzv qəbul edilməsinə şeir həsr edib.

Oxucuların böyük marağına səbəb olan həmin şeiri təqdim edirik:

AYEBE, AYEBE
Ayıb e, ayıb e!
Dərsə niyə gəlməmisən?
Qayıb e, qayıb e!
Bir əlim qələmdə, bir əlim kələmdə
Sən öküzsənsə, mən də kələm də
Kələm, kal deyiləm,
Dinirəm, lal deyiləm.
Qabağam, dal deyiləm,
Qanıram, mal deyiləm.
Malı qatdılar mala
Malalaya-malalaya
Mala-mala, bala-bala
Əvvəl qabağa, sonra dala.
Dal da qabaqdır, qabaq da daldır
Bal da zəhərdir, zəhər də baldır.
Biri ilandan çıxır, biri arıdan
Gözüm yol çəkir sən sarıdan.
İlan, arı
Mən inildəyim, sən zarı!
Mən sazı götürüm, sən tarı
Gedək buradan çala-çala
Bala-bala.
Gedək, burada qala-qala.
Əvvəl tüpür, sonra yala!
Xatırladaq ki, Elza Seyidcahana Azərbaycan Yazıçılar Birliyinin üzvlük vəsiqəsi bu gün birliyinin birinci katibi, yazıçı Çingiz Abdullayev tərəfindən təqdim olunub. \\KONKRET.az
Tarix: 04 iyul 2023
Baxış: 262

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş