Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Cəfər Cabbarlının oğurlanmış beyni bu ölkədə gizlədilir - FOTO

"Cəfər Cabbarlı barədə çox yazılıb. Onun həyatı, taleyi, ölümü barədə bu gün çox əfsanələr var. Sovetlər dövründə onun keçmişi ilə bağlı bir çox faktlar gizlədildi, əsərləri yox edildi. Onun Cümhuriyyət dövründə hökumət işində çalışmasına görə çox incitdilər. "Trablis müharibə", “Araz çayı” və "Ədirnə fəthi" əsərlərinə görə ömrünün sonuna qədər təzyiqlər ilə üzləşib. Nuru Paşa ilə dostluğuna görə mütamadi olaraq çağrılıb, dindiriblər".
Gender.Az xəbər verir ki, bu sözlər dosent Zaur Əliyevə məxsusdur. O bildirib ki, C.Cabbarlı təzyiqlərə baxmayaraq ayaq üstə durmağı bacarsa da, sonuna qədər dözə bilməyib:
"Sovet təbliğatı ölüm kağızında onun ürək çatışmazlığından əziyyət çəkdiyini yazsa da, bəzi məlumatlara görə böyük dramaturq əslində in tihar edib. O qədər təzyiq onun psixoloji vəziyyətinə təsir edib, çıxış yolu kimi də bu yolu seçib. Əbdülvahab Yurdsevər Ankarada çap etdirdiyi "Azərbaycan dram ədiblərindən Cəfər Cabbarlı" məqaləsində onun Sovetlərin təzyiqlərinə dözməyərək canına qıydığını yazır".
"Cəfər Cabbarlının beyninin həcmi çox böyük olub. Hətta fotolarına nəzər salsanız, görərsiniz ki, çiyinləri çox kiçikdir. Məlumdur ki, müxtəlif millətlərin nümayəndələri beyin çəkisinə görə fərqlənirlər. Ən ağır beyin çəkisi olan millətlər monqollar və buryatlar hesab olunur. Sonrakı yerləri belaruslar, almanlar, ukraynalılar və ruslar tutur. Daha sonra koreyalılar, çexlər və ingilislər gəlir. Siyahını yapon və fransızlar davam etdirir. Ən kiçik beyin ölçülü millət isə köklü avstraliyalılar hesab olunur. Dünyada ən ağır beyinlərdən biri, bəlkə də birincisi Cəfər Cabbarlıya məxsus olub: 2775 qram. O zamanlar Leninin beyni böyük sayılırdı, təsəvvür edin, Cəfər Cabbarlının beyni ondan da böyük idi. Leninin beyni isə 1350 qram olub.
Cəfər Cabbarlının dəfn edildikdən sonra sovet gizli orqanları tərəfindən beyninin elə indiki Musa Nağıyev adına klinika, o zamankı "Semaşko" adına xəstəxanadan oğurlanaraq tədqiqat üçün Leninqrada aparıldığını iddia edirlər. Bu barədə Cəfər Cabbarlının xanımın sonradan dediyi də bunu təsdiq edir:
"Cənazə yuyulmağa aparılanda həyətə mühafizəçilərlə. nə qohum, nə də dost kimi tanıdığı bir neçə adam gəlib. Sonra onlar yuyacaq tərəfə keçiblər. Bir saata qədər orda qalıblar və çıxıb gediblər".
Z.Əliyev bildirib ki, hazırda C.Cabbarlının beyninin Londonda gizli bir laboratoriyada qorunub saxlanıldığı barədə fikirlərə rast gəlmək olur:
"İddialara görə, Leninqradda tədqiqat üçün lazımı avadanlıq olmadığına görə, Sovetlər Britaniyaya müraciət edib, Londondan xüsusi təyyarə ilə gəlib onun beynini aparıb.
Dünyada beyinləri tədqiq olunan 2-3 belə nadir insan olub. Bunlardan biri də Cəfər Cabbarlı idi. Bu cür nadir insanların olmasının səbəbi tapılmadığı üçün elm belə istedada sahib insanların beynini tədqiq edir".


Metbuat.Az

Tarix: 26 iyun 2023
Baxış: 281

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş