Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
“Qardaşım adımdan istifadə edirdi, gedib deyirdi ki, bacım ölüb, hər şeyi o alırdı” - Əliağa Vahidin qızı

"Uzun illər Mirzə Fətəli Axundov adına Milli Kitabxanada çalışmışam. 65 yaşında məni işdən çıxartdılar. Qolum-qanadım elə bil ki, sınıb. 3 ildir ki, evdəyəm, işləmirəm. Pensiya alıram, birtəhər dolanıram. Atamın heç bir qəzəlinə, mahnısına görə qonorar almıram. O vaxt biz uşaq olanda 1-2 il qonorar aldıq, sonra o da kəsildi. Qardaşım gedib-gəlirdi, bu işlərin arxasınca düşürdü. O da keçən il dünyasını dəyişdi, ilini də vermişik. O hər şey alırdı, gedib deyirdi ki, "bacım ölüb, adımdan istifadə edib, hər şey alırdı".
Gender.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında qəzəlxan Əliağa Vahidin qızı Firəngiz Əliağa Vahid qızı deyib. 
"Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində atamın şəxsi əşyaları, kitabları, qəlyanı qorunub saxlanılır. O əşyaları o vaxt anam muzeyə hədiyyə etmişdi. Millət vəkili Rafael Hüseynovla görüşüb, ondan iş istəmək istəyirəm. Bilmirəm, harada oturur, harada fəaliyyət göstərir?! Muzeydə işləyə bilərəm. Sağlamam, gözümdən də əməliyyat olunmuşam, özümü daha da yaxşı hiss edirəm. Rafael müəllimə mənim adımdan müraciət etsəniz, sevinərəm. Həmişə atamın gecələrində iştirak edib, onun hörmətini saxlayıb. Qabyuyan işləmişəm, amma indi o yaşım da deyil ki, gedib qabyuyan işləyim. Bundan sonra gedib döşəmə silib-süpürə bilmərəm" deyə qəzəlxanın qızı deyib.
Firəngiz xanım şəxsi həyatından da danışıb.
"3 qızım var idi. Biri avtomobil qəzasına düşüb, dünyasını dəyişdi. Qızımın biri evlidir. 3 nəvəm var" deyə o bildirib.
Firəngiz xanım bildirib ki, atasının qəzəllərini bəziləri öz adlarına çıxarıblar.
"Bu həmişə olub, həmişə də olacaq. Mahnını Tofiq Quliyev yazıb, gedir başqasının adında. Yaxud da deyirlər ki, xalq mahnısıdır. Mən atamın dəsti-xəttini bilirəm, hiss edirəm. Atam unudulmazdır. Amma son illər onun nə anım, nə də ki, doğum günlərini qeyd etmirlər. Bir televiziya verilişi demədi ki, Əliağa Vahid ilin bu günündə doğulub, filan günündə dünyasını dəyişib. Hamısını- inglis, fransız yazıçısını deyirlər, amma atam haqqında efirdə heç nə demirlər. Atam oxumasa da, çox savadlı şəxs olub. Heç də Mikayıl Müşfiqdən, Hüseyn Caviddən geri qalmayıb. Hər kəsin öz üslubu olub. Əliağa Vahid görün nə qədər qəzəl qoyub gedib" deyə Firəngiz Əliağa Vahid qızı deyib.

Məqaləyə dair fotomateriallar:









Tarix: 03 iyun 2023
Baxış: 356

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş