Xəbər lenti
Reklam
"Mən Fuad Poladov kimilərə dəyər verirəm, siz isə itə də..." - Aktyordan sərt sözlər

Aktyoru, rejissor, bədii qiraətçi Kamran Yunis ölümünün 5 ilində mərhum Xalq artisti Fuad Poladovu anıb.
Gender.Az Ölkə.Az-a istinadla xəbər verir ki, K.Yunis bu barədə sosial şəbəkələrdə yazıb.
“Hərdən arxamca deyirlər ki, kimsəyə dəyər vermirsən. Mən də burdan onların üzünə yazıram: Mən dəyərlilərə dəyər verirəm - Fuad Poladov kimi, Həsənağa Turabov kimi dəyərlilərə - "siz" isə itə də dəyər verirsiniz...Mənim 2 ya 5 dəyərlim sizlərin min dəyərsizindən dəyərlidir.
Ruhun şad olsun Fuad müəllim. Mən Poladov deyiləm, amma polad kimi olmağı sizdən öyrəndim”,-deyə o qeyd edib.
Qeyd edək ki, K.Yunis Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətovun vəfatından sonra yazdığı sözlərlə müzakirələrə səbəb olmuşdu. O, A.Nemətovu nəzərdə tutaraq, “F.Poladovu teatrdan uzaqlaşdıran və ya son zərbə vurana mənim kitabımda sayğı yoxdur” yazmışdı.

Billurə

Tarix: 04 may 2023
Baxış: 939

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş