Xəbər lenti
Reklam
Əlilliyi olanların musiqi albomu hazırlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə ilk dəfə əlilliyi olan şəxslərin ifalarından ibarət toplu -“Qəlbin nəğməsi” adlı musiqili albom hazırlayıb.
Topluda istedadlı əlilliyi olan şəxslərin ifalarında klassik, milli və müasir musiqi əsərləri təqdim edilir. Layihənin daha bir özəlliyi albomda əlilliyi olan şəxslərin tanınmış müğənnilərlə birgə ifa etdiyi musiqi əsərlərinin olmasıdır.
Avroviziya mahni müsabiqəsində ölkəmizi təmsil edəcək Samirə Əfəndi ilə birgə əlilliyi olan şəxslərin ifasında Azərbaycanın Dövlət Himni ilə başlayan alboma sağlamlıq imkanları məhdud gənclərin ifa etdiyi, ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Sən elə bir zirvəsən” mahnısı da daxil edilib.
Həmçinin topluda Aysel Əlizadənin, Turanə Həmidovanın (əməkdar artist Aygün Bəylərlə birgə), Gülnar Rəhimovanın, Elgiz Babazadənin, Sima Tapdıqovanın, Mehman Çingizoğlunun, Bəhlul Tufanın (Şəmistan Əlizamanlı ilə birgə), Fərqan Arifoğlunun, Seymur Əliyevin, Sadiq Həsənovun, Gülnar Novruzovanın (İlqar Xəyalla birgə), Murad Sadıxın, Fatimə Əkbərlinin səsləndirdiyi mahnılar disk və fləşkartda təqdim edilir.
“Qəlbin nəğməsi” albomu Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilib. Agentlik tərəfindən müəlliflik hüququna dair şəhadətnamə verilib.
Yaxın günlərdə ASAN Radio – 100 FM-də layihənin təqdimatı keçiriləcək. Veriliş Nazirliyin və ASAN Radionun facebook səhifələrində canlı yayımlanacaq.
İki həftə ərzində ASAN Radioda albomda olan musiqi nömrələri səsləndiriləcək, geniş dinləyici auditoriyasına təqdim ediləcək. /Lent
Tarix: 12 iyun 2020
Baxış: 445

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş