Redaktor seçimi
    "MAKS -2019" Beynəlxalq Aviasiya və Kosmik Salonunun açılışı olub
Qatıq sata-sata “Moskviç” aldım
Bu gün Xalq artisti Alim Qasımovun doğum günüdür. Kulis.az bu münasibətlə dəyərli sənətkarı təbrik edir və onun haqqında maraqlı faktları oxucuların diqqətinə çatdırır.
Onu gəncliyində Sumqayıtda səs imtahanından kəsiblər. Küsüb sənətdən. Bir gün gözlənilmədən onu kəsən müəllimlə qarşılaşıb. Müəllim səhvini etiraf edib və Alimdən musiqi məktəbinə qayıtmasını istəyib. Lakin Alim razılaşmayıb, əsgərliyə gedəcəyini bildirib.
***
Kasıb həyat sürüb. Yəqin, çoxları Alim Qasımovun vaxtı ilə qatıq satmasından xəbərsizdir. Bu barədə özü danışıb. Deyib, qatıq sata-sata pul yığdım, özümə “Moskviç” aldım.
***
Dediyinə görə, qatıq satmağın başqa bir faydası da dəyib Alimə. Səsi “Qatıq!” deyə qışqıranda açılıb.
***
Alimin “Moskviç”i sənət camesində dolaşan söhbətlərdə çox məşhurdur. Xüsusən Xalq artisti Hacıbaba Hüseynovla bağlı olanı... Alim maşının şitinə taxdığı gülə mikrofon qoyub yol gedə-gedə Hacıbaba müəllimə sənətdən, qəzəliyyatdan suallar verir, səsini yazırmış. Niyə gizlin? Özü belə cavab verir: “Aşkar soruşsaydım, öyrətməzdi.”
***
Bir gün Hacıbaba müəllim şübhələnir: “Alə, birdən səsimi-zadımı yazarsan ha!” Alim özünü itirmir: “Ayıb söhbətdi, Həci, heç mən elə şey eləyərəm?” Ancaq sonralar müğənni ustada hər şeyi açıb danışır və öyrəndiklərinin halallığını alır.
***
Alim olduqca mühafizəkar, başdan-ayağa Şərq dəyərlərinə uyğun bir ailədə doğulub, böyüyüb. Öz ailəsi də bu cürdür. O, öz evlənməyi haqqında belə deyir: “İş-güc yox idi, bekarçılıqdan evləndim!”
***
Sirr deyil ki, çoxu Alimi narkotik istifadəçisi kimi tanıyır. Xüsusən oxuyanda hallı olduğunu düşünürlər. O, doğrudan da hallı olduğunu etiraf edir, amma bu məqama məqbul olmayan yollarla yox, daxili təlqin hesabına gəlib çatır.
***
Alim Qasımov islam dininin ayinlərinə yerinə yetirən, namazını qılıb-orucunu tutan əsil müsəlmandır.
***
Həyat yoldaşı ona tamaşa edə-edə namaz qılmağı öyrənib. Alim bir gün yoldaşının gözlənilmədən namaz qıldığını görəndə çox təəccüblənib.
***
O, əvvəllər klassik yolla muğam oxuyub və şöhrətinin çiçəklənən vaxtında qəflətən yeni üsluba keçib. Demək olar, bütün sənət dostları buna görə onu atıblar, ifasını qəbul etməyiblər. O dövrün mətbuatı Alim haqqında tənqidi fikirlərlə doludur. Onu ən çox tənqid edən isə kamança ustası, Xalq artisti Habil Əliyev idi. Alimsə öz yenilməz iradəsi ilə üslubunu hamıya qəbul etdirə bildi.
***
Alim öz yeni üslubunu Avropada, əsasən Fransada qəbul etdirdi. Ondan sonra Azərbaycanda ciddiyə alınmağa başladı və ilk konsertləri anşlaqla keçdi.
***
Şöhrətinin pik nöqtəsində AzTV-yə müsahibə vermək üçün qonorar istəmişdi. Bu, bizim ölkə üçün analoqu olmayan hadisə idi. O zamanlar Alimi efirdə görmək mümkün deyildi. Bəlkə konsertlərinin uğurunun əsl sirri də bu idi.
***
Alim indi Azərbaycanın həm də Azərbaycanın şou dünyasının bir fiqurudur. Yəqin şou proqramlarda görünən yeganə ustad muğam ifaçısıdır. Bu yaxşıdırmı, pisdirmi, demək çətindir.
***
Alim Qasımovun səsindəki problemlərlə bağlı çoxlu yazılar yazıldı. Onun səs tellərində doğrudan da yorulma müşahidə olunub və alman həkimlər ifa zamanı ehtiyatlı davranmağı tövsiyə ediblər.
***
Alim Qasımov son illər Birinci Avropa Oyunlarının açılış mərasimində uçan xalçada oxuması ilə daha çox gündəmə gəldi. Tənqid edənlər də oldu, qürur hissi keçirənlər də.
шаблоны для dle 11.2
Tarix: 14-08-2019
Baxış: 38

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender