Xəbər lenti
Reklam
“WhatsApp”dan uzun müddətdir gözlənilən YENİLİK - Nəhayət gəldi
Məşhur mesajlaşma proqramı olan “WhatsApp” uzun müddətdir sınaq prosesində olan yeniliyi “Android” istifadəçilərinin ixtiyarına verməyə hazırlaşır.
Redaktor.az xarici KİV-ə istinadən bildirir ki, “Picture in Picture” (PİP) yəni, Şəkil içərisində şəkil” adlanan rejim 2019-cu ilin əvvəllərində istifadəyə verilməsi gözlənilsə də, uzun müddətdir sınaq prosesində idi. Müddətin bitdiyini açıqlayan şirkət rəsmiləri yaxın günlərdə yeniliyi “Android” istifadəçilərinin ixtiyarına verəcək.
Qeyd edək ki, yeni funksiya vasitəsilə istifadəçilər göndərilən “YouTube” və “Facebook” videolarını proqrama daxil olmadan aça biləcək. Yəni, göndərilən videonu mesaj bölməsindən çıxarmadan açmaq mümkün olacaq.
Tarix: 19 iyun 2019
Baxış: 495

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş