Xəbər lenti
Reklam
80-ci illərdə butulkada okeana atılan məktub 37 il sonra tapıldı - FOTO

Doqquz yaşlı Abbiy Qraham Havay sahillərində valideynləri ilə gəzintiyıə çıxdığı zaman dənizdən içində məktub olan butulka tapıb.
Məktubda yazılan mesajın 37 il əvvələ aid olduğu müəyyənləşib.
Məlum olub ki, 1984-1985-ci illər arasında Yaponiyanın şərqindən olan tələbələr okean cərəyanlarını araşdırmaq üçün elmi təcrübə çərçivəsində içərisində mesajlar olan 750 şüşəni okeana buraxıblar.
6000 km məsafədən göndərilmiş butulkanın içərisindən tapılmış kağızda ingilis, yapon və portuqal dillərində əlaqə vasitələri qeyd edilib. Məktubda həmçinin butulkanın Çoşi sahillərindən okeana atıldığı yazılıb. Tələbələr ismarıclarında həmçinin butulkanı tapan şəxslərdən onlarla əlaqə saxlamağı xahiş ediblər.
Butulkanın tapılmasından xəbər tutan Çoşi liseyi elmi layihəni təsdiqləyərək şüşənin tapılmasından məmnun olduqlarını açıqlayıb:
“37 il sonra butulkanın kiminsə tapacağını heç düşünmürdük” – açıqlamada bildirilib.
Qeyd olunub ki, okeana atılan mesaj dolu şüşələrdən 50-si ABŞ, Çin, Filippin və Yaponiya sahillərində tapılıb. \\Ölkə.Az



Tarix: 17 sentyabr 2021
Baxış: 266

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş