Xəbər lenti
Reklam
Yaddaşı möhkəmləndirən QOXU

Aromaterapiya yaddaşı möhkəmləndirməyə kömək edir. Bunu Nortumbriya Universiteti (İngiltərə) alimləri aşkar ediblər.
İngiltərə alimləri eksperimentlər zamanı belə nəticəyə gəliblər ki, bibəriyənin qoxusu yaddaşı yaxşılaşdırır. Bunu aşkar etmək üçün alimlər xüsusi yaddaş testləri aparıblar. Testlər əvvəl adi otaqda, daha sonra bibəriyə qoxusu olan otaqda aparılıb. Məlum olub ki, bibəriyənin qoxusu testlərin nəticələrinə təsir edib və nəticələr 7% artıb.
Alimlərin sözlərinə görə, bibəriyənin qoxusu həm böyüklərin, həm də uşaqların yaddaşına müsbət təsir edir. Alimlərin fikrinə görə, bunun səbəbi bibəriyənin beyində informasiyanın daşınmasına cavabdeh olan xüsusi birləşmələrə olan təsiridir. \\Azerforum

Tarix: 23 iyul 2021
Baxış: 241

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş