Xəbər lenti
Reklam
Şoyqunun 26 yaşında general-mayor rütbəsi verdiyi bu qız kimdir? - FOTO

Rusiya Müdafiə naziri Sergey Soyqu yaraşıqlı generallarla əhatə olunmağı sevir. Ona görə də bu günlərdə daha bir gözəli xoşbəxt edib. Bu 26 yaşında general-mayor rütbəsi alan Rosiyana Markovskayadır.
Bu barədə Rusiyanın “Qlavnoye.net” portalı məlumat yayıb. Məlumatda deyilir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi saytında qız haqqında çox az məlumat var. Bu da onu bu qədər yüksək rütbəyə layiq görmə səbəbləri barədə suallar yaradır. Markovskayanın Uzaq Şərq Federal Universitetinin Jurnalistika fakültəsində oxuduğu məlumdur. “Vladivostok” və “Zvezda” kanallarında aparıcı və müxbir işləyib. Daha sonra Rusiya Müdafiə nazirinin mətbuat katibi vəzifəsinə yüksəlib. Rusiya Federasiyasının üçüncü sinif Dövlət müşaviri vəzifəsi heç də hər bir hərbçinin ala bilməyəcəyi bir vəzifədir. Ona görə də  Rosiyana Markovskayanın vəzifə sıçrayışı çoxlarının təəccübünə səbəb olub. Gənc bir qızın kiçik bir tərcümeyi-halı adi bir çox suallar doğurur.
Xarırladaq ki, Sergey Şoyqu bir müddət əvvəl 28 yaşında daha bir gözəl xanıma general mundiri geyindirmişdi.\\Konkret

Tarix: 20 yanvar 2021
Baxış: 356

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş