Xəbər lenti
Reklam
"Ucuz maşınla toya gedəndə yaxşı baxmırlar"

"Sürdüyüm maşının 100 min qiyməti var. 10 ildir avtomobil idarə edirəm. Maşın sürməyi çox sevirəm".
Bu sözləri Əməkdar artist Nigar Şabanova "Günə son" verilişində deyib. Xanəndə avtomobilindən danışıb. O bildirib ki, ucuz avtomobillə toya gedəndə yaxşı baxmırlar:
"Belə atalar sözü var ki, insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. Əvvəl fikir vermirdim, indi isə fərqlidir. Ucuz maşınla toya gedəndə yaxşı baxmırlar, deyirlər bu ifa hara, maşın hara. Bir-iki məqam oldu, dedim dəyişəcəyəm maşını. Kənardan görüb izlədiyimi deyirəm. Dedilər, maşınını dəyiş, sənə yaraşmır. Getdiyin tədbirlərə, səsinə maşın yaraşmır".
İfaçının maşınla bağlı dedikləri isə sosial şəbəkədə tənqid edilib. \\Axşam.az

Tarix: 15 dekabr 2023
Baxış: 106

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş