Xəbər lenti
Reklam
Ronaldo xristianlığı qəbul etdi
Braziliya millisinin sabiq futbolçusu Ronaldo xristianlığı qəbul etdiyini açıqlayıb.
Gender.Az xəbər verir ki, futbolçu bu haqda sosial şəbəkədəki səhifəsində yazıb.
“Bu gün xüsusi bir gündür. Mən vəftiz olundum! Uşaqlıqdan bəri vəftiz olunmamış olsam da, xristian imanı həyatımın əsas hissəsi olub. Müqəddəs mərasimlə özümü həqiqətən də Allahın övladı kimi yenidən doğulduğumu hiss edirəm - yeni, daha şüurlu və dərin bir şəkildə. İsanın məhəbbətinə inanaraq, öz iradəmlə yaxşılıq yolu ilə getməyə sadiq olduğumu bir daha təsdiq edirəm”, - Ronaldo yazıb.
Qeyd edək ki, Ronaldo Braziliya millisinin heyətində 1994 və 2002-ci illərdə ikiqat dünya çempionu olub. O, həm də ikiqat Amerika Kubokunun qalibi, Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısıdır. Böyük forvard Real Madrid, Barselona, İtaliyanın Milan və İnter, Hollandiyanın PSV və Korintians klublarında oynaması ilə tanınır. \\Manşet.Az

Tarix: 14 sentyabr 2023
Baxış: 151

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş