Xəbər lenti
Reklam
60 ildir YUXUSUZ OLAN adam - FOTO

80 yaşlı vyetnamlı kişi yuxu qabiliyyətini itirdiyini və həmişə oyaq olduğunu dediyi üçün ona "fövqəlbəşər" adı verilib.
Bu barədə "The Daily Star" məlumat yayıb.
Vyetnamlı Tay Nqok 60 ildir yatmadığını deyib. Gəncliyində keçirdiyi qəribə qızdırmadan sonra yuxusuzluq ona qalib gəlib. Nqokun dostları və ailəsi onun heç vaxt yatdığını görmədiklərini təsdiqləyiblər. Onun vəziyyətini yoxlayan həkimlər də gecə istirahət etdiyinə dair heç bir sübut tapmayıblar. Ağır yuxusuzluq vəziyyətinə baxmayaraq, kişi yorğunluq və ya halüsinasiya əlamətləri hiss etmir.
Blogger Dryu Binski ilə müsahibədə Nqok etiraf edib ki, sonuncu dəfə nə vaxt yuxuya getdiyini xatırlamır. Kişi əsas enerji mənbələri kimi "yaşıl çay və düyü şərabını" adlandırıb. Binski ilə söhbət zamanı o da məlum olub ki, Vyetnam müharibəsi zamanı Nqok qolundan yaralanıb. Binski, yuxusuzluğuna post-travmatik stress pozğunluğunun səbəb ola biləcəyini irəli sürüb.
Yaşına baxmayaraq, vyetnamlı hələ də işləyir: gündüzlər əkinçilik və tarlalara qulluq edir, gecələr isə şərab hazırlayır. Adətən səhər saat 4 radələrində Nqok hələ də bir müddət yuxuya getmək ümidi ilə yatmağa gedir, lakin onun cəhdləri istənilən nəticəni vermir.

0_P_CHP_290623Man-who-hasnt-slept-for-more-than-60-years_14644JPG

0_P_CHP_290623Man-who-hasnt-slept-for-more-than-60-years_14643JPG


Referans.az

Tarix: 01 iyul 2023
Baxış: 204

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş