Xəbər lenti
Reklam
Berluskoninin sərvəti nə qədər idi?

İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin mirası 4 milyard avro dəyərində qiymətləndirilir.
Bu barədə "Corriere della Sera" qəzeti yazıb. 
Bu gün 86 yaşında dünyasını dəyişən Berluskoni 1978-ci ildə yaratdığı "Fininvest" media qrupunun 61%-nə sahibdir. Şirkətin qalan səhmləri onun övladlarına məxsusdur. 
“La Repubblica” qəzeti “Fininvest”in səhmlərinin bazar dəyərini 2,9 milyard avro olaraq qiymətləndirir. Məlumata görə, cənab Berluskoni şirkətin son illərdəki fəaliyyətindən gündə 170 min avro qazanıb. 
Keçmiş baş nazirin İtaliyada bir neçə villası, Roma və Milanda mənzilləri, yaxtaları və yelkənli qayığı var. O, həmçinin "Monza" futbol klubunun sahibi idi.\\Referans.az

Tarix: 12 iyun 2023
Baxış: 172

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş