Xəbər lenti
Reklam
Bütün kasıblara 65 yaşına qədər HƏR AY PUL VERİLƏCƏK

 


İspaniya hökuməti kasıb vətəndaşlarına və ölkədə yaşayış hüququ olan əcnəbilərə ömürlük ödəmə proqramı hazırlayıb. Avropa ölkəsi imkansızlara 65 yaşına qədər pul verəcək.

Hər şəxsə ayda minimum 462 avro verilməsi nəzərdə tutulub. Ailənin üzvlərinin hər birinə görə daha 139 avro əlavə olunacaq. Ümumilikdə ailəyə verilən pul 1015 avronu keçməməlidir.
İspaniya hökuməti hər il ödəmələr üçün 3 milyard avro ayıracaq. Bundan 23-65 yaş arası 2.3 milyon insan yararlana biləcək.
İspaniyada 30 yaşına qədər iş qabiliyyətli insanların 25 faizi heç vaxt işləməyib. Həmin adamlar da ödəmələrdən istifadə edə biləcək.
Avropa ölkəsində bir çox mütəxəssislər ödəmələrə isti yanaşmır. Onların fikrincə, belə maddi yardım ispanları tənbəlləşdirəcək. Mütəxəssislər düşünür ki, işləmək stimulu azalacaq. Yəni insanlar müftə pul alacaq, işləyənlər də qeyri-rəsmi çalışacaq ki, vergi ödəməsin. \\Bizimyol.info
Tarix: 27 iyun 2020
Baxış: 462

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş