Xəbər lenti
Reklam
ABŞ-da göydələn alan azərbaycanlı kimdir? – BMT-yə “qonşu olan” həmyerlimiz

Azərbaycanlı ABŞ-da göydələn alıb.
Bu barədə "The Real Deal” nəşri məlumat yayıb.
Beekman Qülləsi adlanan göydələnin alışı 139 milyon ABŞ dollarına başa gəlib. Göydələn BMT-nin Nyu Yorkdakı mənzil qərargahının bir neçə addımlığında yerləşir.
Alıcının adı öncə gizli saxlanmaq istənsə də sonradan onun əslən Azərbaycanın Quba rayonunun Qırmızı qəsəbəsindən olan Yakov Yakubov olduğu bəlli olub.
Forbes-in Rusiyanın "Əmlak Kralı" adlandırdığı Yakov Yakubov ABŞ-da ümumilikdə 5 milyon kvadrat metrdən çox əmlaka malikdir.
Onun Rusiyada və ABŞ-da milyardlarla qiymətləndirilən əmlaka sahib olduğu bəllidir. \\Sfera
 
Tarix: 26 iyun 2020
Baxış: 538

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş