Xəbər lenti
Reklam
Azərbaycan sərhədçiləri hücuma keçdi - Düşmən mövqeləri nəzarətə götürüldü (FOTO)
 
 “AzeriDefence” jurnalının baş redaktoru, hərbi jurnalist Rəşad Süleymanov Azərbaycanın sərhədçilərinin Qazax istiqamətində döyüş mövqelərini irəli çəkdiyini bildirib.
R.Süleymanov özünün feysbuk hesabında bunları yazıb:
"DSX Sərhəd Qoşunları Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax rayonu istiqamətində döyüş mövqelərini irəli çəkərək, neytral ərazidəki yüksəkliklərdə yeni mövqelər yaradaraq, böyük bir ərazini tam nəzarət altına götürüb.
Düşmənlə döyüş aparılaraq irəli çəkilən mövqelərimizdən Ermənistan Respublikası ərazisindəki düşmən mövqeləri nəzarət altındadır.
Bir azdan detallı xəbəri və fotoları təqdim edəcəm.
Döyüşlə alıb dayandığı mövqedəki əsgərimizi də çəkdim. Günün fotosu olsun!" \\Demokrat
 

Tarix: 13 avqust 2019
Baxış: 307

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş