Xəbər lenti
Reklam
Məşhur serialda Azərbaycana qarşı təxribat – Video

Məşhur “The cleaning lady” serialında Azərbaycana qarşı təxribat törədilib.
ABŞ-ın FOX telekanalı tərəfindən yayımlanan serialın ilk bölümü 3 yanvar 2022-ci ildə yayımlanıb. Mövzusu mafiya və bir qadının bu mafiyaya açdığı savaşla bağlıdır.
Həmin serialın 3-cü bölümündə Azərbaycana qarşı açıq təhdid ifadə edən fikirlər səslənib. Belə ki, səhnələrdən birində açıq şəkildə Azərbaycana qarşı təhdid xarakterli mesajlar verilib.
Kadrlarda erməni lobbisinin ABŞ-dakı əsas təmsilçilərindən biri çıxış edərək oğluna səslənir. O, Qarabağı Azərbaycandan almaq üçün oğlunu erməni ordusuna göndərəcəyini deyir.
Qeyd edək ki, bu, FOX telekanalının Azərbaycana qarşı ilk qərəzli münasibəti deyil.
Serialdan həmin kadrları təqdim edirik:

Mətbuat.az

Tarix: 31 yanvar 2022
Baxış: 452

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş