Redaktor seçimi
    “Boş vaxtlarımda gözəllik axtarışına çıxıram...”
Xəbər lenti
Reklam
“Azərbaycan prezidentinin bu qərarını qiymətləndirirəm” – Paşinyan
                                                                
“İrəvən onilliklərdir ki, təcrid olunmuş vəziyyətdədir. Avropa, Rusiya və İranla dəmir yolu Ermənistan üçün böyük üstünlük olacaq…”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Feysbukda canlı yayım zamanı bildirib. Paşinyan qeyd edib ki, bunun İrəvan üçün sərfəli olmadığı barədə iddialar absurddur”.  

Canlı yayım zamanı Ermənistanın baş naziri həmçinin noyabrın 26-da Soçidə keçiriləcək görüşdən də danışıb: “Görüşlərdə sərhədlərin delimitasiya və demarkasiya prosesinin haradan və necə başlanacağı ilə bağlı məsələlər müzakirə olunacaq”. 

Paşinyan həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan Müdafiə nazirlikləri arasında operativ əlaqə yaradılır: “İndsidentlərin qarşısını almaq məqsədilə Ermənistan və Azərbaycanın müdafiə nazirləri arasında operativ əlaqənin təşkili məsələsi müzakirə olunur. Bu əlaqə beynəlxalq vasitəçiliyin köməyi ilə formalaşır. Ermənistanın müdafiə nazirinə bu kommunikasiyadan fəal istifadə etməyi, atəşkəs rejiminin pozulması halları barədə azərbaycanlı həmkarı ilə informasiya mübadiləsi həyata keçirməyi tapşırılıb. Əvvəllər Ermənistan və Azərbaycanın müdafiə nazirləri arasında bu cür təmas heç zaman olmayıb. Bu ilk dəfədir. Əlaqə yaradılıb və mən Azərbaycan prezidentinin bu qərarını qiymətləndirirəm. Bu operativ əlaqənin nə dərəcədə səmərəli olacağını zaman göstərəcək”, – Ermənistanın baş naziri bildirib.

Gender.az
Tarix: 24 noyabr 2021
Baxış: 133

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]