Redaktor seçimi
    “Boş vaxtlarımda gözəllik axtarışına çıxıram...”
Xəbər lenti
Reklam
Rusiya Müdafiə Nazirliyindən divara çöp taxdıracaq addım: Bu dəfə erməni qadınlarının piroqu işə yaramadı

Rusiya Müdafiə Nazirliyi dünən Xocavənd rayonu ərazisində baş verən atışma ilə bağlı məlumat yayıb.
 
Məlumatda deyilir:
 
"Ötən gün Martuni bölgəsində atəşkəs rejiminin pozulması qeydə alınıb. Rusiya sülhməramlı kontingenti vəziyyəti sabitləşdirib və onun daha da gərginləşməsinin qarşısını almaq üçün tədbirlər görülüb. Hazırda bu istiqamətdə iş davam etdirilir ".
 
Qeyd edək ki, dünən baş verən insidentdə 6 nəfər yaralanmış, onlardan 2-si ağır vəziyyətdə idi. Ermənilər həmin şəxslərin bizimkilərin açdığı atəş nəticəsində yaralandıqlarını iddia edirdilər. Azərbaycan Müdafiə Nazirliyi isə hadisənin erməni silahlılarının öz aralarında atışması nəticəsində törədildiyini bildirirdi. Qeyd olunurdu ki, ermənilər postda içib keflənib, daha sonra bir-biri ilə atışıblar.

 
Rusiya Müdafiə Nazirliyi rəmi məlumata yaralılar barədə heç bir cümlə salmamaqla faktiki Azərbaycan tərəfinin iddialarının haqlı olduğuna eyham vurur. Demək istəyir ki, yaralanma hallarının Azərbaycan-erməni atışmasına dəxli yoxdur.


Bir sözlə erməni qadınlarının gül dəstəsi və piroqu bu dəfə işə yaramadı. \\Ovqat.com

Tarix: 15 oktyabr 2021
Baxış: 32

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]