Redaktor seçimi
    İrandan İlham Əliyevə CAVAB: “Buna dözməyəcəyik…”
Xəbər lenti
Reklam
Hulusi Akar Qarabağla bağlı SƏRT AÇIQLAMA verdi: "Heç kəsin şübhəsi olmasın!"

"İşğaldan azad edilmiş Qarabağ torpaqlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması hallarını və bununla əlaqədar bütün hadisələri yaxından izləyirik".

Gender.az bildirir ki. bunu "Report"a açıqlamasında Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir Azərbaycan və Türkiyənin dövlət başçıları, habelə müdafiə nazirləri səviyyəsində sıx müzakirələrin aparıldığını qeyd edib:

"Ölkə başçıları - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev, həmçinin mən və dəyərli müdafiə naziri Zakir Həsənovla gecə-gündüz demədən təmaslarımızı davam etdiririk. Dolayısıyla, azad edilmiş torpaqlarda atəşkəsin pozulması hallarını yaxından müşahidə edirik, tələbimiz və arzumuz isə ondan ibarətdir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu kimi hallara son qoysun və regiona sülh, əmin-amanlıq gəlsin".

Hulusi Akar, Azərbaycan və Türkiyənin daim sülhün və rifahın təmin edilməsi üçün lazımi addımları atdığını vurğulayıb:

"Bu mənada, qeyd etdiyimiz atəşkəsin pozulması hallarının heç kimə bir faydası yoxdur. Türkiyə olaraq biz, dünən də, bu gün də Azərbaycanın yanındayıq və onun haqlı mübarizəsini dəstəkləyirik. Bu dəstəyi sonadək davam etdirəcəyimizə heç kimin şübhəsi olmasın" - nazir, əlavə edib.

Tarix: 20 avqust 2021
Baxış: 53

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]